Sərnişin sıxlığını tənzimləmək məqsədilə yeni qərar qəbul olunub

© Sputnik / Murad OrujovУказатель населенных пунктов на трассе Баку-Сумгайыт
Указатель населенных пунктов на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Qataralar ayın 24-dək birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək

BAKI, 21 noyabr — Sputnik. Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bilidirilir ki, burada məqsəd Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsidir. Qataralar ayın 24-dək birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək.

Xəbər lenti
0