CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu ərazisinə təbii qaz verilişi dayandırılacaq

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" vətəndaşları xəbərdar edir

BAKI, 21 noyabr — Sputnik. Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İB-dən məlumat verilib.

Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaz sayğacınızı "Azəriqaz"dan qoruyun, yoxsa məhkəməlik ola bilərsiz

Bildirlib ki, "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən, diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zərurəti ilə əlaqədar, 21 noyabr 2017-ci il tarixdə saat 10.00-dan işlər yekunlaşanadək, Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0