CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 18-30 yaş arası işçilər axtarılır

CC0 / markusspiske / ComputerРабочее место в офисе, фото из архива
Рабочее место в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlər müsabiqə yolu ilə seçiləcəklər

BAKI, 21 noyabr — Sputnik. "Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. AZAL-dan Turizm.fins.az —a verilən xəbərə görə, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

— şəxsiyyət vəsiqəsi;

— bir fotoşəkil (3х4);

— xarici pasport;

— diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Xəbər lenti
0