18:31 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
131 0 0

"Bu gün mənim nəvələrimə deyirlər ki, "sizin babanız qatildir"

BAKI, 20 noyabr — Sputnik. Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov (AST Telman) ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. APA-nın xəbərinə görə, bu barədə T. İsmayılov "Rusiya 24" telekanalına müsahibəsində bildirib.

Telman İsmayılov
© Sputnik / Said Tsarnayev
Telman İsmayılov

"Bu gün mənim nəvələrimə deyirlər ki, "sizin babanız qatildir". Bu, kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm" — deyə T.İsmayılov vurğulayıb.

Noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.

T. İsmayılov həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

Əlaqədar

Telman İsmayılov haqda şok faktlar üzə çıxdı
Məhkəmə Telman İsmayılovun mənzillərinə həbs qoyub
Telman İsmayılov: "Hələ də azərbaycanca düşünürəm"
Rusiya Ali Məhkəməsi Telman İsmayılovu müflis saymır
Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb
Teqlər:
azərbaycanlı iş adamı, Moskva, qətl, ittiham, Telman İsmayılov, Çerkizov bazarı

Əsas mövzular