Sabahın hava proqnozu

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку, фото из архива
Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 16 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Дождь, фото из архива - Sputnik Azərbaycan
Sabaha hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 17-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0