Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Onu yenidən ilin futbolçusu seçdilər

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidPortuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu
Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
32 yaşlı forvard ilin ən yaxşı futbolçusu adına layiq görülüb

BAKI, 14 noyabr — Sputnik. Goal.com saytı 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ötən il olduğu kimi, siyahıya yenə Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldo başçılıq edib.

Futbol azarkeşləri arasında keçirilən sorğunun nəticəsinə görə, 32 yaşlı forvard ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Onu "Yuventus"un kapitanı Canluici Buffon izləyib. İlk "üçlüy"ü "Real"ın digər üzvü xorvatiyalı Luka Modriç qapayıb.

4 dəfə Goal.com-un sorğusunun qalibi olan Lionel Messi keçən il olduğu kimi, yenə 4-cü yerlə kifayətlənib. "Real"ın kapitanı Serxio Ramos isə 5-ci yeri tutub.

Xəbər lenti
0