04:06 20 Noyabr 2017
Canlı yayım
Ekstrasens Zirəddin Rzayev

Efirdən qovulan Zirəddin Rzayev kadrarxası mətləbləri ortaya çıxardı

© Foto: Ziraddin
XƏBƏRLƏR
Qısa URL
90010

"Hələ də başa düşə bilmirəm ki, məni niyə çağırmışdılar və niyə mənim studiyanı tərk etməyimi istədilər"

BAKI, 13 noyabr — Sputnik. Rusiyanın "Birinci kanal"ında efirə gedən "Kişi/Qadın" verlişinin aparıcısı Aleksandr Qordon, studiyadan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevi qovub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ekstrasens özü "Youtube" kanalında yayımladığı videomüraciətdə bildirib.

Ekstrasens qeyd edib ki, Rusiyanın "Birinci kanal"ına hörmətlə yanaşır və heç vaxt onun verlişlərində iştirakdan imtina etməyib. Lakin noyabrın 8-də o, "Kişi/Qadın" şousuna qonaq qismində dəvət edilib. Verlişin aparıcılarından biri — Aleksandr Qordonun hərəkəti isə onun üçün tamamilə gözlənilməz olub. Qordon, sadəcə onu studiyadan qovmağa qərar verib.

Aleksandr Qordon
© Sputnik / Yekaterina Chesnokova
Aleksandr Qordon

"Qordon mənimlə diskussiya apara bilmədi, çünki onun kifayət qədər intellekti yoxdur. O, mənim psixopat olduğumu söylədi. Qeyd edim ki, insanlara onların zəif tərəflərini göstərəndə, onlar öz zəifliklərini biruzə verirlər. Aparıcı məni studiyadan qovanda özünün vacibliyini göstərmək və məni alçaltmaq istədi. Lakin o, özünün alçaltdı" — deyə Rzayev videomüraciətində bildirib.

"Hörmət edib-etməmək hər kəsin şəxsi işidir, hörmətlə yanaşmaq isə tərbiyə məsələsidir. Bu, dövlət kanalıdır, özəl kanal deyil. Sənin özünü belə qeyri-adekvat aparmağa nə haqqın var?!" — deyə Rzayev bildirib.

"Hələ də başa düşə bilmirəm ki, məni niyə çağırmışdılar və niyə mənim studiyanı tərk etməyimi istədilər" — deyən ekstrasens hesab edir ki, aparıcı sakit, müstəqil olmalıdır, kiminsə tərəfində yer almamalıdır.

"Mən Vladimir Vladimiroviç Putini çox sevirəm. Çünki onun çoxlu iti var və o, itləri çox sevir. O, onlara qarşı çox adekvat davranır. Hətta Rusiyanı sevməyən diplomatlar, siyasətçilər belə, Putinlə görüşəndə, o, onları qovmur, onlarla ləyaqətlə danışır, çünki o, dahidir. Siz isə çox zəif şəxsiyyətlərsiniz. Siz mənimlə danışa bilmirsiniz. Siz özünüz belə, izah edə bilmirsiz ki, məni niyə çağırmışdız və niyə qovduz?! Siz məni proqrama çağıranda elan etmişdiniz ki, proqramda ekstrasens Zirəddin Rzayev iştirak edəcək, sonra da məni studiyadan qovdunuz. Axı niyə?" — deyə ekstrasens Qordona suallar ünvanlayıb.

Rzayevin sözlərinə görə, Qordon özünü elə aparıb ki, sanki o, məhkəmədədir, lakin heç bir dəlilə malik deyil: "Hətta məhkəmədə müttəhimlə belə davranmırlar. Bir güzgüyə baxın, görün siz kimsiz?!"

Bir neçə təhsilnin olduğunu qeyd edən Rzayev, özəl klinikada işlədiyini və qarşı tərəfin buna düzgün yanaşmadığını qeyd edib: "Əlbəttə, mən özəl klinikada işləyirəm, amma o klinikaya fəaliyyət göstərmək üçün lisenziyanı dövlət verib. Siz nə demək istəyirsiniz? Demək istəyirsiz ki, bu klinikalara gəlib müalicə alan adamlar pis, keyfiyyətsiz, savadsız adamlardır?! Siz niyə özəl klinikalara belə neqativ münasibət bəsləyirsiz?! Üstəlik, Avropada özəl klinikalara dövlət klinikalarından daha çox üstünlük verilir. Çünki onlar dövlətin klinikalarından daha keyfiyyətli xidmət göstərir".

Ekstrasens əvvəl bu vəziyyətə reaksiya vermək istəmədiyini, lakin studiyadan necə qovulduğunu efirə verəcəklərindən əmin olmadığını bilən dostlarının onu videomüraciət yaymağa razı saldıqlarını bildirib: "Mən hiss edirəm ki, onlar bu verlişi efirə verməyəcəklər. Amma çox istəyirəm ki, "Birinci kanal" Qordonun məni necə qovduğunu efirə versin. Çünki o, bu hərəkəti ilə özünü alçaldıb və kim olduğunu göstərib. Düşünürəm ki, insan öz "savadı və tərbiyəsini" nümayiş etdirib".

Qovulduğu an studiyada onunla birlikdə Sergey Safronovun (illüziyaçı — red.) və digər yaxın dostunun da olduğunu xatırladan Rzayev, Qordonun ictimaiyyətin qabağında dediklərini təkrarlayıb: "Qordon dedi: "Mən studiyada hamının qarşısında deyirəm: Zirəddin Rzayev fırıldaqçıdır, şarlatandır". Bilirsiz, mən də ictimaiyyətin gözü qarşısında onun ünvanına eyni sözləri deyə bilərdim. Amma mən heç vaxt sizin haqqınızda fırıldaqçı, şarlatan və digər sözləri deyərək özümü alçaltmaram. Siz nə demisizsə, o, elə özünüzə aiddir. Sizdən neqativ, pislik yağır. İt sahibləri, heyvanların hüquq müdafiəçiləri sizi görmək belə istəmir. Xalq sizi aqressiyanızdan, tərbiyəsizliyinizdən dolayı sevmir".

Ekstrasens telekanal rəhbərliyinin bütün bunlara göz yummasına da təəssüfünü ifadə edib: "Təəssüf ki, Konstantin Lvoviç Ernest ("Birinci kanal"ın baş direktoru — red.) bu özbaşınalığa göz yumur. Mən onu çox sevir, ona çox hörmət edirəm. "Birinci kanal" isə mənim sevimli kanalımdır".

Qeyd edək ki, sözügedən verilşdə özlərini ekstrasens kimi qələmə verən bir çox fırıldaqçıların pul alaraq insanları aldatmaları müzakirə edilib.

"Kişi/Qadın" teleşousu hər dəfə müxtəlif sosial mövzuları qaldırır. Verilişin aparıcıları Aleksandr Qordon və Yuliya Baranovskayadır.

Əlaqədar

Ekstrasens: “Trampın hakimiyyəti dövründə dünyada dinclik olacaq”
Məşhur ekstrasensdən müdhiş proqnoz
Məşhur ekstrasensdən Azərbaycandakı falçılarla bağlı ilginc açıqlamalar
Teqlər:
studiya, Aleksandr Qordon, "Kişi/Qadın" verlişi, "Birinci kanal", ekstrasens, Zirəddin Rzayev, Putin, Rusiya

Əsas mövzular