Vətəndaşlar xəbərdar olsunlar

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən məlumatı açıqlayıb

BAKI, 13 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Prezident İlham Əliyev Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni həftədə hava xoş sürpriz edəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0