Trampa "pis işarə" göstərən qadın işdən qovuldu - Foto

© REUTERS / Kevin LamarqueABŞ prezidenti Donald Tramp sənədi imzalayarkən, Ağ Ev, 12 oktybar 2017-ci il
ABŞ prezidenti Donald Tramp sənədi imzalayarkən, Ağ Ev, 12 oktybar 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Briskman şəkili facebook-da paylaşandan sonra çalışdığı şirkət ona işinə son verildiyini bildirib

BAKI, 7 noyabr — Sputnik. ABŞ-da prezident karteji hərəkətdə olan zaman dövlət başçısına "barmaq" göstərən qadın işdən qovulub. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, qadının qovulmasına səbəb barmaq göstərdiyi əsnada çəkilən şəkili sosial şəbəkədə paylaşması olub.

Juli Briskman adlı qadın elədiyi hərəkətə görə peşman olmadığını söyləyib. "Hətta işdən qovulduğuma görə də məyus deyiləm. Çünki Tramp gələndən sonra ölkədə vəziyyət çox pisdir" – o deyib.

​Qeyd edək ki, Briskman şəkili facebook-da paylaşandan sonra, çalışdığı şirkət "Akima MMC"-nin rəhbərliyi onu ofisə çağıraraq, elədiyi hərəkətin şirkətin prinsiplərinə uyğun gəlmədiyini və bu səbəblə işinə son verildiyini bildirib.

Xəbər lenti
0