Səudiyyə Ərəbistanında "yumşaq" çevriliş: İzlər Amerika və Türkiyəyə aparır

© AFP 2023 / Fayez NureldineSəudiyyəli əsgərlər Yəmənlə sərhəddə, arxiv şəkli
Səudiyyəli əsgərlər Yəmənlə sərhəddə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə, şahzadə ABŞ-la əlbir olaraq Ərdoğanı devirmək üçün Türkiyədəki anti-iqtidar qüvvələrə maliyyə dəstəyi də verib

BAKI, 7 noyabr — Sputnik. Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və bir çox keçmiş nazirlərin həbs olunması ciddi müzakirəyə çevrilib. İş o yerə çatıb ki, məsələyə ABŞ prezidenti Donald Tramp da qarışıb. Sputnik Azərbaycan xəbər verir ki, Tramp "Twitter" səhifəsində həbslərə münasibət bildirib.

"Kral Salman və vəliəhd şahzadəyə etimadım tamdır. Onlar nə etdiklərini çox yaxşı bilirlər. Yəqin ki, bəziləri vəzifədən sui-istifadə edərək ölkəni çapıb-talayıblar" – ABŞ rəhbəri yazıb.

​Həbslərlə bağlı işi aparan prokuror Səud əl-Mucib deyib ki, bu hələ başlanğıcdır: "Korrupsiya ilə bağlı əlimizdə xeyli sayda dəlillər var. Proses hələ başlanğıcdır, davamı gələcək".

Bəzi ərəb analitiklər isə yaşananları hakimiyyət uğrunda mübarizə adlandırıblar. Londonda yaşayan "Yaxın Şərq Mərkəzi" araşdırma bürosunun professoru Mədavi əl-Rəşid BBC-yə açıqlamasında deyib ki, əməliyyatın əsas səbəbi, vəliəhd şahzadənin öz iqtidarını gücləndirmək istəməsidir.

"Bunun korrupsiya əməliyyatı olduğunu söyləmək çətindir. Açıq deyirəm ki, vəliəhd Məhəmməd bin Salman bütün gücü əlində toplamağa çalışır. O, öz əmisi oğlu şahzadə Miteb bin Abdullahı özünə ciddi rəqib olaraq görür. Və istəyir ki, onu da aradan götürsün. Çünki Miteb, müasir silahlarla təchiz edilmiş ordunun ən vacib qollarına nəzarət edir. Vəliəhdin qarşısında dayana biləcək yeganə güc məhz Miteb bin Əbdüləzizdir" — əl-Rəşid qeyd edib.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanında həbslərlə başlayan siyasi proseslər, səbəbi bilinməyən helikopter qəzası və diqqət çəkən ölümlərlə müşayiət olunub.

Helikopter qəzasında dünyasını dəyişən 8 nəfərdən biri şahzadə Mənsur bin Mukrindir. O, keçmiş vəliəhd şahzadə Mukrin bin Əbdüləzizin oğludur.

Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz - Sputnik Azərbaycan
Şahzadə kralın əmri ilə həbs olundu

Bundan başqa, Səudiyyə Ərəbistanında daha bir şahzadənin ölüm xəbəri yayılıb. Belə ki, Səudiyyə polisi paytaxt Riyaddakı otellərdən birinə basqın edərək 11 şahzadə və 4 naziri həbs edib. Bu əsnada şahzadə Əbdüləziz bin Fahd əməliyyata etiraz edib. Nəticədə silahlı qarşıdurma yaşanıb. Şahzadə öldürülüb. Bəzi mənbələr isə şahzadənin oteldə infarktdan öldüyünü deyir.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Əbdüləziz bin Fahd, 2 ay əvvəl sosial şəbəkədə yazdığı bir mesajında Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Zeyd əl-Nəhyanı təkəbbürlükdən dönməyə və Allahın yoluna qayıtmağa çağırmışdı.

Qeyd edək ki, həmin ərəfədə BƏƏ şahzadəsi Zeyd əl-Nəhyan Qətər dövlətinin tamamilə mühasirəyə alınması, ən sərt embarqoların tətbiq edilməsi üçün Səudiyyə Ərəbistanı rəhbərliyi ilə ciddi danışıqlar aparırdı. Hətta əl-Nəhyanın adı Türkiyədəki 15 iyul çevrilişində də hallanmışdı. İddiaya görə o, ABŞ-la əlbir olaraq Ərdoğanı devirmək üçün Türkiyədəki anti-iqtidar qüvvələrə maliyyə dəstəyi də verirdi. Məhz bu əməllərinə görə oteldə öldürülən şahzadə Əbdüləziz bin Fahd, Zeyd əl-Nəhyanı "şeytan üzlü" adlandırmışdı.

Xəbər lenti
0