22:05 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir

BAKI, 6 noyabr — Sputnik. Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Qeyd edək ki, tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Əlaqədar

Kukla Teatrı növbəti beynəlxalq festivalda
Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı
Teatr yeni mövsümə sürpriz hazırlayır
Bakı teatrı İsrailə səfər edəcək
Yuğ Dövlət Teatrında premyera olacaq
Teqlər:
"Cəhənnəm sakinləri", Azər Paşa Nemətov, Elçin Əfəndiyev, Akademik Milli Dram Teatrı, tamaşa

Əsas mövzular