CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən yaxşı məqalə müsabiqəsinin nəticələri elan edildi

© pixabay / USA-ReisebloggerГазеты и компьютер, фото из архива
Газеты и компьютер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qadın Liderliyi Uğrunda" İB jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsinin nəticələrini elan edib

BAKI, 15 oktyabr — Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsini elan edib.

İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə 05 avqust-05 oktyabr tarixlərini əhatə edib. 05 oktyabr — 15 oktyabr tarixlərində müsabiqədə iştirak edən məqalələrin ekspert qiymətləndirilməsi həyata keçirilib.

Müsabiqəyə 22 məqalə təqdim edilib. Qiymətləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə məqalələrin müsabiqə şərtlərinə uyğunluğu araşdırılıb. Şərtlərə uyğun gəlməyən məqalələr ekspert qiymətləndirilməsinə buraxılmayıb. Ekspert qiymətləndirməsində müsabiqədə şərtlərə tam, ya da qismən uyğun gələn 9 məqalə iştirak edib. Ekspert qiymətləndirməsi 10 ballıq sistem üzrə aparılıb. Toplamış ən çox bal ardıcıllığına uyğun olaraq 1 məqalə 1-ci, 1 məqalə 2-ci, 3 məqalə isə 3-cü yerə layiq görülüb. Təşkilatın töhfəsi olaraq, 3-cü yerin qaliblərinə veriləcək mükafatlar bölünməyəcək.

Belələliklə, müsabiqənin qalibləri bu şəxslərdir:

I yer

Həmmüəlliflər: Cəlilzadə Təranə Nadir qızı, Abbasova Şahpəri Həmzət qızı — "Sputnik Azərbaycan" portalında dərc edilən "Azərbaycan qadınları yol ayrıcında: Ya intihar, ya xilas" məqaləsinə görə

II yer

Müəllif: Cəlilova İradə Məmmədağa qızı — "Shefeq" portalında dərc olunan "Zülfiyyə intiharı yox, inkişafı seçdi, indi xoşbəxtdir" məqaləsinə görə

III yer

Müəlliflər:
1. Hüseynova Səidə Bahadur qızı — "Reytinq", "Bakı xəbər", "Xural" qəzetlərində, "Avrasiya" portalında dərc olunmuş "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" məqaləsinə görə

2. İsgəndərova Nigar Mehdi qızı — "Cümhuriyyət" qəzetində və "Cebhe" portalında dərc olunmuş "Azərbaycan qadınlarının həyat dramı: Əzilən, döyülən, atılan, ölümə tərk edilənlər" məqaləsinə görə

3. Bayramova Yeganə Sahib qızı — "Şərq" qəzetində dərc olunmuş "Bir əl yetər" məqaləsinə görə

Müsabiqəyə təqdim olunan və ekspert qiymətləndirilməsinə buraxılan digər məqalələr bunlardır:

1. Ramazanov Cavid İlham oğlu — "Kultura" portalında dərc edilmiş "Azad qadın" məqaləsi
2. Vəkilova Fərqanə Allahverdi qızı — "AFN" portalında dərc edilmiş "Qısa "xoşbəxtlik"lərdən "doğulan" bədbəxt qadınlar- HƏYAT HEKAYƏSİ"
3. İbrahimov Ramid Ələsgər oğlu — "Bizim Yol" qəzetində dərc edilmiş "Evli, uşaqlı, xoşbəxt ailə" məqaləsi
4. Qasımova Elnarə Ayyət qızı — "Sumqayıtfakt" portalında "Mən güclü qadınam" məqaləsi

Qaliblərə veriləcək mükafatların həcmi belədir:
1-ci yerin qalibi — 500 AZN;
2-ci yerin qalibi — 300 AZN;
3-cü yerin qalibi — 100 AZN.

Mükafatlar qaliblərə 20 gün ərzində təqdim ediləcək. Müsabiqə ilə bağlı bütün suallara keçiriləcək təqdimat mərasimində aydınlıq gətiriləcək.

Qalibləri təbrik edirik!

Xəbər lenti
0