CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə vətəndaşları xəbərdar edilir

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

BAKI, 15 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir.

Daşkəsndə külək ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Kəskin dəyişiklik olacaq, rəsmi qurumdan xəbərdarlıq gəldi

Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz 17-21° isti, Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 16-da şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

Xəbər lenti
0