CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda prezidentin mühafizəçisini bıçaqladılar

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə mühafizəçi çayxanadan çıxarkən baş verib

BAKI, 15 oktyabr — Sputnik. Oktyabrın 14-ü axşam saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığında naməlum şəxs Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

Ölkə KİV-lərində yayılan məlumatı hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a təsdiqləyib.

Məlumata görə, hadisə Müşfiq Mədətov sözügedən ərazidəki çayxanalardan birindən çıxarkən baş verib.

Mədətov faktla bağlı ərizə ilə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0