Kəskin dəyişiklik olacaq, rəsmi qurumdan xəbərdarlıq gəldi

© Sputnik / Ilham MustafaDaşkəsndə külək ciddi fəsadlar törədib
Daşkəsndə külək ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əhaliyə havanın kəskin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edir

BAKI, 14 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Hava şəraiti ilə bağlı yeni xəbər var

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Nazirlik xəbərdarlıq da edir: Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0