Sputnik XIX Ümumdünya gənclər və tələbə festivalına dəstək olacaq

© © SputnikМикрофон в студии Sputnik
Микрофон в студии Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasətçilər, artistlər, dünya səviyyəli idmançılar, dünya problemlərinə öz baxışları olan gənclər çıxış edəcəklər

BAKI, 13 oktyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 14-22 oktyabr tarixlərində Soçidə baş tutacaq XIX Ümumdünya gənclər və tələbə festivalını işıqlandıracaq. Agentlik həmin tədbirin beynəlxalq informasiya tərəfdaşı kimi çıxış edir. Sputnik-in təqdimat stendində iştirakçılar, festival, Rusiya və dünya xəbərlərini izləyə, agentliyin fəaliyyəti ilə tanış ola biləcəklər.

Həftə ərzində Sputnik stendində fəaliyyət göstərən radiostudiyada siyasətçilər, artistlər, dünya səviyyəli idmançılar, dünya problemlərinə öz baxışları olan gənclər çıxış edəcəklər. Gənclərin, müasir gəncliyin qarşısında duran məsələləri hakimiyyət nümayəndələri, iqtisadi ekspertlər, elm və mədəniyyət xadimləri ilə müzakirə etmək imkanı olacaq.

Bu müddət ərzində festival xəbərlərini və həmçinin dünyada baş verən əsas hadisələri canlı olaraq Sputnik stendində quraşdırılan xüsusi videomonitorda izləmək mümkün olacaq. Xəbərləri Sputnik-in dünyanın müxtəlif nöqtələrində yerləşən 15 redaksiyası hazırlayacaq.

XIX Ümumdünya gənclər və tələbə festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçiriləcək və dünyanın 180 ölkəsindən müxtəlif sahələrdən 20 000 gənc mütəxəssisi öz ətrafında toplayacaq. Tədbirin təşkilində çoxsaylı könüllülər ordusu kömək edəcək. Rusiya və digər ölkələrdən könüllülər dəstəsinə 5 min gənc cəlb edilib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0