Sabah hava belə olacaq

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 12 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0