02:21 18 Oktyabr 2017
Canlı yayım
Qatar, arxiv şəkli

Bu dəyişiklik sizin üçün önəmli ola bilər

© Foto: Facebook / ADYQSC
XƏBƏRLƏR
Qısa URL
155 0 0

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Əlaqədar

Bakı-Tbilisi-Qarsla ilk yük qatarının yola salınacağı vaxt bilindi
Sürəti saatda 4 min kilometrə çatan qatar hazırlanır
Sərnişin qatarları toqquşdu, yaralılar var
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirildi
Teqlər:
hərəkət cədvəli, Bakı-Sumqayıt-Bakı elektrik qatarları, dəyişiklik, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

Əsas mövzular