CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əzələləri ilə dünyanı heyran edən azərbaycanlı qız danışdı

© Photo : İnstagram / bakharnabievaИзвестная азербайджанская бодибилдерша Бахар Набиева
Известная азербайджанская бодибилдерша Бахар Набиева - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı fitnes-model dünya ulduzlarının sevimlisinə çevrilib

BAKI, 11 oktyabr — Sputnik. Uzun illərdir Ukraynada yaşayan, Bakıda anadan olmuş məşhur bodibilder Bahar Nəbiyeva ilk dəfə özü və fəaliyyəti barədə danışıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Facebook" sosial şəbəkəsində özü haqqında videomüsahibəni paylaşıb.

Nəbiyeva etiraf edib ki, çoxsaylı fəaliyyətlərlə, eləcə də xeyriyyəçilik işləri ilə məşğuldur. Lakin heç vaxt öz maraqları və şəxsi həyatı barədə məlumatları paylaşmır, çünki bunu zəruri hesab eləmir. O, hər gün idman zalını ziyarət edir, trenajorlarla məşğul olur və özünün nazik bel, cazibəli omba və ayaqları ilə tanınmış pozasında şəkil çəkdirməyi də unutmur.

Публикация от Бахар Набиева (@bakharnabieva) Авг 1 2017 в 6:55 PDT

 

Qız əlavə edib ki, sosial şəbəkədə daha çox izləyici toplamaq üçün heç nə etmir. Onun sözlərinə görə, adamlar özləri onu təqib edirlər və fəaliyyətini izləyirlər.

Xatırladaq ki, Bahar Nəbiyevanın 23 yaşı var. Onun atası azərbaycanlı, anası isə ukraynalıdır. O, Bakıda anadan olub və sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb. Hazırda Alfred Nobel adına Dnepropetrovsk Universitetində təhsil alır.

 

Sosial şəbəkədə o, "Miss Polad Omba" ("Miss Stalnaya Popa" — dilimizdə qeyri-etik səsləndiyinə görə, dəqiq tərcümə etmirik — red.) ləqəbi ilə məşhurdur. O, 2012-2013-cü illərdə universitetdə keçirilən pauerliftinq yarışlarında iştirak edərək müvafiq mükafatları qazanıb.

2015-ci ilin aprelində Nəbiyeva Dnepr Kuboku yarışlarında fitnes-bikini kateqoriyası üzrə iştirak edərək beşinci yeri tutub. Hazırda idmançı enerji çatışmazlığı səbəbindən sərt dieta və nəticəyə hesablanmış ağır məşqlər tələb etdiyi üçün müsabiqələrdə iştirakla maraqlanmır.

T-shirt from my guys @dragonpharma_llc ❤ If you stay positive in a negative situation you win Pic by @nikolay_lukash

Публикация от Бахар Набиева (@bakharnabieva) Июл 5 2017 в 1:55 PDT

 

Nəbiyevanın sosial şəbəkələrdəki paylaşımlarını təkcə sadə istifadəçilər deyil, dünya şöhrətli məşhurlar da izləyir. Dünya şöhrətli ifaçılar Lil Wayne və 50 Cent dəfələrlə onun şəkillərinə, ona heyran olduqlarını bildirən şərhlər yazıblar.

Xəbər lenti
0