"Mənim azərbaycanlılara qarşı antipatiyam var" - Böyük qalmaqal

© Sputnik / Murad OrujovТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çexiyada azərbaycanlılara qarşı saxta pul ittihamı və ya turistlərimizin bu ölkədə incidilməsinə səbəb nə olub?

BAKI, 11 oktyabr — Sputnik. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Çexiyada Azərbaycandan olan turistlərə qarşı kobud davranırlar. Bu barədə bizimyol.info-ya adının çəkilməsini istəməyən iş adamı məlumat verib. O, turist kimi istirahətə getdiyi Karlovı Varı şəhərində yerli polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.

Qazaxıstan sərhədçiləri , Xəzər - Sputnik Azərbaycan
HADİSƏ
Xəzər dənizində azərbaycanlılara qarşı əməliyyat keçirilib

"Mənə dedilər ki, "üstünüzdə saxta pul var, araşdırmalıyıq". Araşdırdılar, təbii ki, saxta pul aşkarlanmadı. Bu müddətdə hansısa otaqda deyil, dəhlizdə 3 saat avtomat silah altında ayaq üstə gözlətdilər. Polis rəisi "Mənim Azərbaycandan olanlara qarşı antipatiyam var" dedi. Daha sonra sərbəst buraxdılar. Belə hallarla başqa azərbaycanlı turistlərin qarşılaşdığını da eşitmişəm" — iş adamı bildirib.

O, başına gələnlərlə bağlı Çexiyanın Azərbaycandakı səfirliyinə və başqa qurumlara da müraciət edəcəyi üçün hələlik adını açıqlamır: "Hər il Karlovı Varı sanatoriyalarına minlərlə azərbaycanlı gedir, Çexiyanın, həmin şəhərin büdcəsinə çox böyük qatqıları var. Ancaq yerli polis və sair qurumlar bizim millətin nümayəndələrinə qarşı aşkar hörmətsizlik edir. Ən çox da saxta pul iddiası ilə saatlarla saxlayaraq qəsdən incidirlər. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Çexiyadakı səfirliyimiz ciddi işləməlidir".

Sözügedən iş adamı yenidən redaksiyaya müraciət edib və Çexiyada azərbaycanlılara qarşı təzyiqlərin artıq kütləvi hal aldığını deyib. Bizimyol-un qısa araşdırmasından məlum olub ki, bu ilin iyun ayında Azərbaycanla Çexiya arasında yaranmış diplomatik qalmaqal, Çexiyaya səfər edən azərbaycanlı turistlərə qarşı təzyiqlərin yaranmasına səbəb olub.

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çexiyanın Ermənistandakı səfirinin açıqlamasını sərt tonda şərh etmişdi. Yada salaq ki, Çexiyanın Ermənistandakı səfiri Petr Mikiska Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatları Frank Engel (Lüksemburq), Eleni Teorxarus (Kipr) və Yaromir Ştetinanın Azərbaycanın tərəfindən beynəlxalq axtarışa verilməsinin hüquqi deyil, siyasi xarakter daşıdığını iddia etmişdi.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Əli Həsənov: Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır

Yaromir Ştetina Çex Respublikasının vətəndaşıdır. Azərbaycan tərəfi bu açıqlamaya cavab olaraq bildirmişdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə iş birliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oxu.az saytına açıqlamasında belə demişdi: "Səfirə xatırlatmaq istərdik ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin IX və X fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən, Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur. Yəni Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi, onu belə ağır cəza gözləyirdi. Amma Yaromir Ştetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımi tədbirlər görülmür".

Beləliklə, Çexiya Respublikası vətəndaşı Yaromir Ştetinanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisinə qanunsuz səfərinə rəsmi Bakının haqlı və əsaslı etirazına Çexiya hakimiyyət orqanları qeyri-adekvat cavab verib. Mərkəzi Avropada yerləşən, Avropa Şurasının və Avropa İttifaqının üzvü olan Çexiya dövləti öz vətəndaşının elə öz Cinayət Məcəlləsinə görə qanunsuz sayılan hərəkətinə hüquqi-siyasi qiymət vermək əvəzinə, Azərbaycandan bu ölkəyə səfər edən turistlərə qarşı pressinq göstərmək yolunu seçiblər. Bu işdə Praqa şəhərinin Polis İdarəsi xüsusi canfəşanlıq göstərir.

Xəbər lenti
0