09:59 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Küçədə itlə gedən qızlar, arxiv şəkli

"Heyvansevər"lərə ciddi cəza gəlir

© Sputnik / Natalya Seliverstova
XƏBƏRLƏR
Qısa URL
37610

Ev heyvanlarını dövlət qeydiyyatından keçirməyənlər cəzalandırılacaq

BAKI, 9 oktyabr — Sputnik. Zaman-zaman KİV və sosial mediada insanların heyvanlarla qəddar rəftarını ifadə edən materiallar yayımlanır. Heyvan hüquqlarının müdafiəçiləri belə halların qarşısının alınması üçün qanunvericilikdə ciddi müddəaların yer almasını tələb edir. Artıq Rusiya Dövlət Duması heyvanların hüquqlarının qanunla müdafiəsi üçün müvafiq normativlər hazırlayıb. Dövlət Duması heyvanlarla məsuliyyətli davranmanı özündə ehtiva edən bu sənədi ikinci oxunuşdan keçib. Payız sessiyasında normativ akt qəbul ediləcək. Sözügedən sənəd bu sahədəki anlayış və prinsiplərin normativ tənzimlənməsini nəzərdə tutur. Sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif edilib.

"Rusiyada bütün ev itlərinin və pişiklərin ödənişli əsaslı qeydiyyatı üçün prosedur tətbiq ediləcək".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Ekologiya və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədr müavini Vladimir Panov deyib. 

"Mən hətta söhbətin hansı rəqəmlərdən getdiyini bilmirəm" — deyə deputat bildirib.

Onun sözlərinə görə, hökumət ev heyvanlarının qeydiyyatı və sənədləşdirilməsi üçün normativ sənədlərin hazırlanmasını başa çatdırmaqdadır. Bunun üçün qanunvericilik bazasını 2015-ci ildə qəbul edilmiş, pişik və itlərin qeydiyyatı sisteminin yaradılmasını nəzərdə tutan "Baytarlıq haqqında" qanun təşkil edir.

Panov qeyd edib ki, ev heyvanlarının qeydiyyatı məsələsini heyvanların hüquqlarını qoruyan qurumlar vacib hesab edir. "Çünki hazırkı vəziyyət birincisi, sahiblərinə heyvanları tərk etmək fürsəti verir, ikincisi, onlar heyvanlar digər vətəndaşların əmlakına və ya sağlamlığına zərər verdiyi hallarda məsuliyyətdən qaça bilirlər" — deyə deputat əlavə edib.

Heyvanların çiplə təchiz edilməsi də könüllülük əsasında normativlə tənzimlənir.

Panovun sözlərinə görə, heyvanların qeydiyyatı tədricən həyata keçiriləcək. Bunun üçün müəyyən keçid dövrü elan ediləcək. 

Sözügedən qanun heyvanlarla qəddar rəftarın da qarşısını almağa yönəlib. Eyni zamanda, ev, xidməti, sirk və heyvanxanalardakı heyvanlara nəzarətin gücləndirilməsi də normativlərdə nəzərdə tutulub. Heyvanları qeydiyyatdan keçirməyən, onlarla qəddar davranan heyvan sahibləri, habelə sahibsiz heyvanlarla qəddar rəftar edən insanlara qarşı cəza tədbirləri görüləcək. Onlar cərimələr ödəməklə yanaşı cinayət məsuliyyətinə də cəlb oluna bilərlər. Doğrudur, Rusiyada heyvanlarla rəftara görə cəzaların və həbslərin nəzərdə tutulmasına qarşı çıxanlar da var. Eyni zamanda heyvanlarla zorla cinsi əlaqəyə girməyi (zoofillik) qadağan etmək də sözügedən normativə edilən təkliflər arasındadır.

Sənəd nəzarətsiz heyvanların məhv edilməsi ilə bağlı qadağanı da tənzimləyir. Sözügedən prosedurların təsdiqinin gecikdirilməsi heyvanların mühafizəsi ilə məşğul olan qurumların etiraz dalğasına səbəb olub.

Əlaqədar

Şəki sakininə itlər hücum etdi
İtlər ağsaqqala hücum etdilər
Şəkidə sahibsiz itlər insanlara hücum edir
Onlar hər şeylərindən keçməyə hazırdırlar, itlərindən başqa...
İtlərini maşında gəzdirənlər: 200 manat hazırlayın
Teqlər:
Rusiya Dövlət Duması, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vladimir Panov

Əsas mövzular