10:59 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Kərə yağı

Yağın qiyməti barədə daha bir rəsmi açıqlama

CC BY-SA 2.0 / Taryn / Melting butter
XƏBƏRLƏR
Qısa URL
738 0 0

Kərə yağının sentyabr ayı üçün orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasına idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr-Rusiya Federasiyası, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib.

DGK Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir: "Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır".

Əlaqədar

Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
Bu yağ zeytun yağından daha faydalıdır
Bu yağ 7 növ xəstəliyə tam çarədir
Bu insanın bədənində 1 qram da yağ yoxdur
Teqlər:
yağ məhsulları, DGK, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası, qiymət

Əsas mövzular