Hava şəraiti ilə bağlı yeni xəbər var

© Sputnik / Murad OrujovBakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli
Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir

BAKI, 6 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
ETSN əhalini xəbərdar edir

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Oktyabrın 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0