Bu gecə şəhər mərkəzinə çıxmamağınız məsləhətdir

© Sputnik / Irade JELILBakının mərkəzi küçələrindən biri
Bakının mərkəzi küçələrindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq

BAKI, 6 oktyabr — Sputnik. Yeni üfüqi nişanlama xətlərinin çəkilməsi ilə əlaqədar bu gecə bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC- nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq: "Axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin "Azneft" dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq".

"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq" — Nəcəfli vurğulayıb.

Xəbər lenti
0