"Qara bazar" yenidən fəallaşır, dollar yüksəldi

© Sputnik / Anton Denisov / Mediabanka keçidABŞ dolları, arxiv şəkli
ABŞ dolları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bloomberg" terminalında dollar 0,19% dəyər qazanaraq 1.6990 manata yüksəlib

BAKI, 6 oktyabr — Sputnik. Oktyabr ayının 6-də "qara bazar"da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, dolların alışı 1.7000 manat, satışı isə 1.7050 manat olaraq qalıb. Qeyd edək ki, oktyabr ayının 4-də dollar manat qarşısında, son 3 ayda ilk dəfə 0,2-0,5% dəyər qazanıb.

Banklararası ticarətdə isə dollar ötən günlə müqayisədə bahalaşıb. "Bloomberg" terminalında dollar 0,19% dəyər qazanaraq 1.6990 manata yüksəlib.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6957 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xəbər lenti
0