ETSN əhalini xəbərdar edir

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İşlərinizi bu xəbərə görə planlaşdırmağınız məsləhətdir

BAKI, 5 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Zabratın su altında qalmış küçələri - Sputnik Azərbaycan
Azərbaycanda təbiətlə mübarizə: 367 nəfər xilas edildi

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 16-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütunana yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 16-21, dağlarda gecə 1-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0