Növbəti hava xəbərdarlığı

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik sabaha gözlənilən durumu açıqlayıb

BAKI, 4 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

В Низаминском районе Баку на параллельной с проспектом Гара Гараева улице Мехди Аббасова просела часть дороги - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0