Sabah qar yağacaq

Abunə olmaq
Oktyabrın 4-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 3 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 4-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-17, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0