16:24 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Separatçı referendumlar dalğası (38)
143 0 0

"Bizim məmur separatçı "referendumu" dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur"

BAKI, 2 oktyabr — Sputnik. Parlamentdə, Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili Fazil Mustafa bununla bağlı hüquq-mühafizə orqanlarının ciddi tədbir görməli olduğunu söyləyib.

Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Tanrıverdiyev
© Photo : APA
Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Tanrıverdiyev

"Məmur olduğu halda açıq deyir ki, hansısa "Kürdüstan"a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Hələ də tutduğu vəzifəsini icra edir və ona "qaşın üstdə gözün var" deyən yoxdur" — F. Mustafa bildirib.

Millət vəkili Vahid Əhmədov da bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: "Bizim məmur separatçı "referendumu" dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokurora müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün".

Mövzu:
Separatçı referendumlar dalğası (38)

Əlaqədar

Ərdoğan kürdlərə müraciət etdi: "Aldanmayın"
Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər
"Kürdüstan"a uçuşlar tamamilə dayandırılacaq
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
Türkiyə "Kürdüstan"a qoşun yeridə bilər
Teqlər:
millət vəki, Laçın Rayon İcra Hakimiyyəti, müraciət, məmur

Əsas mövzular