Milli Məclisin payız sessiyası başlayıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin payız sessiyasında ilk plenar iclasının gündəliyinə 34 məsələ daxil edilib

BAKI, 2 oktyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin payız sessiyasında ilk plenar iclasının gündəliyinə 34 məsələ daxil edilib.

İlk olaraq "Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında", "Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" Milli Məclisin qərar layihələrinə baxılacaq.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi gözlənilir.

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında", "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Sazişlərin, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında" Protokolun təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na qoşulmaq barədə", "GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında" Protokolun təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

Çingiz Qənizadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında", "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə", habelə "Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişlərin təsdiq edilməsi gözlənilir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Polis haqqında", "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Mərkəzi Bankı haqqında", "İnvestisiya fondları haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İpoteka haqqında", "Yol hərəkəti haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda Milli Məclis tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanuna Azərbaycan Prezidentinin etirazı haqqında Milli Məclis qərarının layihəsinə baxılacaq.

Xəbər lenti
0