CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk dilinin dünyadakı yeri məlum oldu

© AFP 2023 / ADEM ALTANTürkiyə bayraqları, arxiv şəkli
Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Türk dili şərqdən qərbə, Çin səddindən Sibirə, Hindistandan Aralıq dənizi sahillərinə qədər uzanan çox geniş bir coğrafiyada danışılan bir dildir"

BAKI, 28 sentyabr — Sputnik. Türk dili dünyada ən çox danışılan dillərdən beşinci dildir, çünki bu dildə 250 milyondan artıq adam danışır.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Trakya Beynəlxalq Tələbə Dərnəyinin elmi fəaliyyətləri çərçivəsində keçirilən "Türk Dil Bayramı-Dünya Dili Türkcə" konfransında Trakya Universitetinin müəllimi, professor Ahmet Günşen deyib. Ədirnə Gənclik Xidmətləri və İdman regional İdarəsinin konfrans zalında çıxış edən alim insan həyatı və millət üçün dilin vazkeçilməz ünsürlərdən biri olduğunu bildirib.

Dilin millətləri təşkil edən bağların ən güclülərindən biri olduğunu vurğulayan Günşen deyib:

"Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün, "Türk dili türk millətinin qəlbidir, zehnidir" cümləsi çox önəmlidir. İnsan qəlbsiz və zehinsiz yaşaya bilməz. Dil olmadan millətlərin dünəndən bu günə, bu gündən sabaha yaşaması, gələcəyə getməsi mümkün deyil. Dolayısı ilə millətləri adi insan yığınından millət səviyyəsinə ucaldan, yüksəldən dəyərlər din, dil, tarix, ədəbiyyat və inanclardır. Bunların hamısına mədəniyyət deyirik. Dilin eyni zamanda mədəniyyətin aynası olmaq kimi bir xüsusiyyəti də var". 

İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti Türkiyənin müdafiə naziri ilə görüşüb

Türk dilinin miladdan əvvəlki dövrə uzanan keçmişini anladan Günşen deyib ki, "türk dili dünyada bu dildə danışanların sayına görə beşinci böyük dildir".

"Bu gün dünyada 250 milyon insan türk dilində danışır. Türk dili şərqdən qərbə, Çin səddindən Sibirə, Hindistandan Aralıq dənizi sahillərinə qədər uzanan çox geniş bir coğrafiyada danışılan bir dildir. Bu coğrafiyada türk dilinin bir çox qolları var" — deyə professor bildirib.

Trakya Beynəlxalq Tələbə Dərnəyinin rəhbəri Hakan Çalışkan da dünyanın dörd bir yanında türkcə danışan insanların olduğunu qeyd edib. Bu dilin köklü bir tarixə malik olduğunu vurğulayan Çalışkan, türkcənin inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində müvafiq işləri gördüklərini deyib.

Trakya Universitetinin bolqar tələbəsi Özlem İbrahim Türkiyədə təhsil aldığı müddətdə dilini inkişaf etdirdiyini bildirib. Bolqarıstanda türk dilində yanlış danışanların səhvini düzəltdiyini deyən İbrahim, bu dilin düzgün təqdim edilməsi və tələffüzü istiqamətində çalışdığını qeyd edib.

Kosovolu tələbə Davut Kazaz isə türk dilinin Balkanlarda assimilyasiyaya uğramadan istifadəsinin vacib olduğunu deyib.

Xəbər lenti
0