05:14 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Yağış, arxiv şəkli

Ölkə ərazisində baş verənlərdən xəbərdar olun

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
69 0 0

Sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava

BAKI, 28 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.

Əlaqədar

Gözlənilən hava şəraiti sabahdan ola bilər
Həftənin son günündə hava yenə sevindirməyəcək
Yeni həftədə hava yenə xoş olmayacaq
Teqlər:
intensiv yağış, ETSN, hava şəraiti, leysan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular