18:38 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
106303

Gerb, himn və bayraqla bağlı qanunlar dəyişir

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

İşlər planında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.

Layihələrin məzmunu hələlik açıqlanmayıb. İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Əlaqədar

Dövlət himnimizin müəllifi
İdman oyunundan əvvəl qadağan olunmuş himn səsləndirildi
Himnin sözlərini yazdığına görə işgəncəyə məruz qalmış ədib
Bakıda bayraq dirəyinin sökülməsinin əsl səbəbi açıqlandı
Bayraq Meydanında dirəyin götürülməsi barədə: rəsmi
Teqlər:
Konstitusiya qanunları, dövlət gerbi, dövlət bayrağı, dövlət himni, Azərbaycan Respublikası, Milli Məclis

Əsas mövzular