05:01 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
XƏBƏRLƏR
Qısa URL
207 0 0

Sərgidə 19 ölkədən 104 şirkət iştirak edəcək

BAKI, 27 sentyabr — Sputnik. 28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Esteteik Tibb sərgiləri keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün həmin sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən "İteca Caspian" şirkətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, sərgi sabah saat 11-də Bakı Ekspo Mərkəzdə keçiriləcək. Açılış mərasimində Səhiyyə Nazirliyinin, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı
© Sputnik / Irade JELIL
Sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı

Mətbuat nümayəndələri üçün sərginin açılış günündə, saat 10.00-da "Koroğlu" metrostansiyasından Bakı Ekspo Mərkəzinə, saat 15.00-da isə Bakı Ekspo Mərkəzdən "Koroğlu" metrostansiyasına xüsusi ödənişsiz avtobuslar təşkil ediləcək. Avtobuslara buraxılış jurnalist vəsiqəsini təqdim etməklə həyata keçiriləcək.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin əməkdaşı Esmira Əkbərovanın sözlərinə görə, sərgidə 19 ölkədən 104 şirkət iştirak edəcək.

Əlaqədar

Bakıda zərgərlik sərgisi
Prezident "BakuTel-2016" sərgisi ilə tanış olub
Yeni Azərbaycan silahları ADEX 2016 sərgisində
Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
Teqlər:
"Koroğlu" metrostamsiyası, 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Esteteik Tibb Sərgisi, Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi, Bakı Ekspo Mərkəzi

Əsas mövzular