12:00 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
569 0 0

Deputat şeyxin qudasını məhkəməyə verdi

BAKI, 26 sentyabr — Sputnik. Milli Məclisin deputatı Çingiz Qənizadə, keçmiş həmkarı Hacı Qalib Salahzadəni məhkəməyə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Report-a Ç. Qənizadənin vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R. Mustafayev qeyd edib ki, Ç. Qənizadə Q. Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

R.Mustafayev bildirib ki, Q. Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç. Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

Əlaqədar

Şeyxin oğlunun Azərbaycanı niyə tərk etdiyi bəlli oldu
Qafqaz Müsəlmanları İdarəsi Şeyxin oğlu ilə bağlı bəyanat yaydı
Allahşükür Paşazadənin oğlu barədə ilginc açıqlama: "Şeyx çox pərişan idi... "
Şeyxülislam: "Məhərrəmliyi bütün qaydalara uyğun keçirəcəyik"
Şeyxülislam erməni katolikosu ilə görüşəcək
Teqlər:
Hacı Qalib Salahzadə, Hacı Allahşükür Paşazadə, Çingiz Qənizadə, deputat, məhkəmə

Əsas mövzular