Şəkilinin intihar etmək həvəsi qonşusunu işə salıb

Abunə olmaq
Tehran Mustafayevin bundan əvvəl də intihara cəhd etdiyi bildirilir

BAKI, 23 sentyabr — Sputnik. Şəkidə iki uşaq atası intihara cəhd edib.

Hüquq-mühafizə orqanlarından APA-nın məlumatına görə, Şəki şəhəri, Girəkli küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Tehran Yusif oğlu Mustafayev bu gecə saat 03:30 radələrində qonşunun həyətində əncir ağacından özünü asaraq intihar etmək istəyib.

Tehran Mustafayev son anda atası tərəfindən xilas edilərək Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. 

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Gəncədə 9-cu sinif şagirdi özünü asıb

İlkin araşdırma zamanı məlum olub ki, həyat yoldaşından ayrılan Tehran Mustafayev övladlarını görməyə bilmədiyi üçün intihar etmək qərarına gəlib.

Tehran Mustafayevin bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.

Şəki MRX-dan APA-ya bildirilib ki, Tehran Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra səhhəti stabilləşib, səhər evə buraxılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti
0