Sabaha duman gözlənilir

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку, фото из архива
Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

BAKI, 21 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Küçə termometri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstirahət gününün hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0