Vətəndaşlar üçün faydalı məlumat

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Баку
Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən xəbəri açıqladı

BAKI, 20 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Evdən çıxmadan bu xəbəri oxumalısınız

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0