11:14 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
56 0 0

"Sağlamlıq günü" tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur

BAKI, 19 sentyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Sağlamlıq günü" adlı tədbir keçirilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları"Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir: "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən "Sağlamlıq günü" tədbirləri də görülən işlərin tərkib hissələrindəndir".

  • Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Sağlamlıq günü adlı tədbir
    "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Sağlamlıq günü" adlı tədbir
    © Azerbaijan Railways CJSC

    © Photo : "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti

1 / 5
© Azerbaijan Railways CJSC
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Sağlamlıq günü" adlı tədbir

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 8 həkimi dəmiryolçuları müayinə edib.

Gün ərzində 51 nəfər Bakı dəmir yolu xəstəxanasının həkimləri tərəfindən elektrokardioqrafik və laborator müayinədən keçirilib, 28 nəfər xəstəxanaya dəvət olunub.

Qeyd edək ki, "Sağlamlıq günü" tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.

Əsas mövzular