Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu: onu nələr gözləyir?

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Andrey Draçevi öldürməkdə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub

BAKI, 19 sentyabr — Sputnik. Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi öldürməkdə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, cari il avqustun 20-də, qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçev arasında, Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçev xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.

Allahverənovun qohumlarının sözlərinə görə, Andrey Draçev Anarı itələyib, onu "çuşka" (geridəqalmış kimi təhqiramiz ifadə — red.) adlandırıb. Onların arasında mübahisə yaranıb və Andrey bir daha Anarı küçə ifadələri ilə təhqir edib. Bundan sonra Anar dünya çempionunu təkbətək davaya çağırıb. Otuz iki yaşlı Draçev karyerası başa çatandan sonra bodibildinqlə məşğul olurmuş.

Sonradan soydaşımız beynəlxalq axtarışa verilib. Hətta, Rusiya Daxili İşlər Nazirliyi onun yerini xəbər verənə pul mükafatı da vəd edib. Ayrıca, təqsirləndirilən şəxsə qarşı məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib.

Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir. Qeyd olunur ki, İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-cü hissəsi ("Xuliqanlıq niyyətilə qəsdən adam öldürmə") ilə cinayət işi açılıb. Allahverənovu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Xəbər lenti
0