05:53 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
463510

"Onlar daimi köçüb getdilər. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm"

BAKI, 18 sentyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib. Ölkə.Az-ın yaydığı məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb.

Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb: "Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir".

Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında, Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib və bildirib ki, həqiqətən də o, ailəsi ilə birgə dünən ölkəni tərk edib.

Səbəbinə gəldikdə, Salahzadə bu barədə məlumatsız olduğunu söyləyib: "Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə, onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi".

Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq? Hacı Qalib bu ehtimalı bölüşməyib: "Yox. Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardılar. Onlar daimi köçüb getdilər. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm".

Əlaqədar

Şeyxülislam: "Məhərrəmliyi bütün qaydalara uyğun keçirəcəyik"
Şeyxülislam erməni katolikosu ilə görüşəcək
Şeyxülislamdan sərt xəbərdarlıq
Teqlər:
Hacı Qalib Salahzadə, Məhəmməd Paşazadə, Hacı Allahşükür Paşazadə, QMİ, Qafqaz Müsəlmanları İdarəsi

Əsas mövzular