00:26 26 Sentyabr 2017
Canlı yayım
Femida, arxiv şəkli

Hüquq müdafiəçiləri prezidentin addımlarını alqışladılar

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür ediblər

BAKI, 15 sentyabr — Sputnik. Bir qrup hüquq müdafiəçisi son günlər “Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qəbul edilən qərarlar, həmçinin bloqqer Aleksandr Lapşinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilməsi barədə bəyanat qəbul ediblər.

Azərbaycan hüquq müdafiəçiləri Sputnik Azərbaycan-a göndərdikləri bəyanatda bu addımları humanist  yanaşma və  ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndirdiklərini bildiriblər.

Onlar həmçinin, bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının praktik nəticələri kimi baxdıqlarını və onları alqışladıqlarını qeyd ediblər. 

"Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcəkdir"- deyə bəyanat müəllifləri bildiriblər.

Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür ediblər.

Bəyanat bu sözlərlə tamamlanır: "Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir".

Bəyanatı Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov və Əliməmməd Nuriyev imzalayıblar.

Əlaqədar

Lapşinin Azərbaycanı nə vaxt və hansı yolla tərk edəcəyi bəlli oldu
Fuad Ələsgərov: "Lapşinin ekstradisiyasından söhbət getmir"
Prezidentin köməkçisindən Lapşinlə bağlı sensasion açıqlama
Prezidentin köməkçisi Mehman Əliyevlə Nardaran məhbuslarının niyə azad edildiyini açıqladı
Prezidentin Mehman Əliyevlə bağlı tövsiyyəsi yerinə yetirildi

Əsas mövzular