İlham Əliyev Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də — Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyev Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib
1990-cı ildə 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Azərbaycanın cənubunda qoyulub. Amma bu abidə qoyulandan bir il sonra onun təşəbbüskarı müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişib