AXCP sədrinin köməkçisi azadlığa buraxıldı

© Photo : Facebook / faig73Faiq Əmirli
Faiq Əmirli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb

BAKI, 15 sentyabr — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Faiq Əmirli məhkəmə zalından azadlığa buraxılıb.

Gözəl Bayramova - Sputnik Azərbaycan
HADİSƏ
AXCP sədrinin müavininin saxlanılması ilə bağlı rəsmi açıqlama verildi

Qeyd edək ki, Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Vergilər Nazirliyinin mülki iddiası təmin olunub, dövlətə 39 min manat ödəməli olduğu hökmdə qeyd olunub.

Qeyd edək ki, F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Xəbər lenti
0