20:36 24 Noyabr 2017
Canlı yayım
Gəzişən adamlar

Paytaxt və bölgə sakinlərinin diqqətinə!

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

BAKI, 13 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Əlaqədar

Nazirlikdən kəskin hava dəyişikliyi xəbərdarlığı
Zeynalov: “Havadakı toz ürək xəstələri üçün təhlükəlidir”
Diqqət: Payız havası yaxınlaşır
Həftənin son iş günündə hava sakinləri sevindirəcək
Yeni həftədən hava şəraiti dəyişəcək: Xəbərdarlıq
Teqlər:
dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, Bakı

Əsas mövzular