DİN xəbərdarlıq edir: Polisi şantaj edə bilməyəcəksiniz!

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Ehsan Zahidov: "Bu, bizim hər birimizin konstitusion hüququmuzdur"

BAKI, 13 sentyabr — Sputnik. "Bəzi xəbər saytlarında belə bir iddia irəli sürülür ki, son vaxtlar mətbuat orqanları Bakı şəhər Dövlət Yol Polisi İdarəsində mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə həmin idarənin rəhbərliyi tərəfindən əməkdaşlara tapşırıq verilib ki, onlar həmin mətbu orqanlarını məhkəməyə verərək idarənin xeyrinə qərar çıxarılmasına nail olsunlar".

© Photo : Facebook / Ehsan ZahidovEhsan Zahidov
Ehsan Zahidov - Sputnik Azərbaycan
Ehsan Zahidov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat dərc olunub. DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələyə belə münasibət bildirib:

"Çox az tanınan bir neçə saytda gedən bu iddianı oxumuşam. Sual olunur, soğan yeməmisənsə niyə göynəyirsən? Belə cəfəng iddiaları o dırnaqarası jurnalistlər qaldırır ki, onlar yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyirlər. Yəni, "mən mətbuatda işləyirəmsə, yol-hərəkəti qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqalıq edə bilərəm. Bunlara görə əgər mənə güzəşt etməsəniz sizi öz qəzetimdə rüsvay edərəm" deyərək hədələyir və hətta şantaj edirlər.

İndi eşidib və görür ki, polis əməkdaşları öz şərəf və ləyaqətlərini, işgüzar imiclərini sırf hüquqi müstəvidə müdafiə etmək üçün yeri gələndə məhkəmələrə müraciət edirlər, artıq qorxuya düşüblər.

Bəli, hər bir Azərbaycan vətəndaşının, o cümlədən daxili işlər orqanlarında xidmət edən hər bir əməkdaşın məhkəmələrə müraciət etmək üçün konstitusion hüququ var. Onlar da bu hüquqdan istifadə edərək şərəf və ləyaqətlərini, işguzar imiclərini şər və böhtandan sivil yolla, hüquqi müstəvidə müdafiə edirlər.

Polisin belə qanuni hərəkəti əsl mətbuatın və əsl mətbuat nümayəndələrinin nə fəaliyyətinə, nə də mənafeyinə toxunur. Bu, yalnız bir-iki dirnaqarası jurnalistə toxunur və qorxudur. Onda belə çıxır ki, polis özünü şərdən-böhtandan qorumaq üçün bilərəkdən uydurma və yalan yazana qarşı qanunsuzluq edib zor tətbiq etməlidir?

Xeyr, belə olmayacaq. Bundan sonra da Azərbaycan polisinin hər bir əməkdaşı hər bir Azərbaycan vətəndaşı kimi, öz haqlarını, öz şərəf və ləyaqətlərini yalnız hüquqi müstəvidə, yəni Azərbaycanın tam müstəqil olan məhkəmələrinə rəsmi qaydada müraciət etməklə qoruyacaqlar. Bu, bizim hər birimizin konstitusion hüququmuzdur".

Xəbər lenti
0