06:12 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Şəhər sakinləri, arxiv şəkli

İctimai rəyin yeni ünvanı – Milli Sorğu Mərkəzi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
114 0 0

www.sorgu.az ünvanında yerləşən “Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparacaq

BAKI, 11 sentyabr — Sputnik. Bu gündən Azərbaycanın internet məkanında yeni layihəyə start verilir. Sputnik Azərbaycan-ın məlumatına görə bu ölkə üçün yenilik olan internet resursudur.

www.sorgu.az ünvanında yerləşən “Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparacaq. Araşdırmalar Mərkəzin internet saytında yerləşdirilcək və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə təqdim olunacaq.

Mərkəzin qarşısına qoyduğu əsas məqsəd sorğular vasitəsi ilə cəmiyyəti narahat edən sualların və problemlərin cavablarının tapılmasına kömək göstərməkdir.

Bundan əlavə “Milli Sorğu Mərkəzi” istifadəçilərin istəklərinə uyğun olaraq internet səhifəsində petisiyalar da yerləşdirəcək. Qəbul edilən petisiyalar ünvanlanan şəxsə və ya qurumlara çatdırılaraq toplumun istəyinin rellaşmasına vasitəçilik edəcək.

“Milli Sorğu Mərkəzi” Kütləvi İnformasiya Vasitələrini və QHT-ləri də əməkdaşlığa dəvət edir. Belə ki, mərkəz KİV-lərin və QHT-lərin istəklərinə uyğun olaraq, onların həyata keçirdiyi araşdırmalar üçün lazımi sorğular keçirməyə hazırdır.

Sorğu Mərkəzi biznes цçün də yararlı ola bilər. Marketinq araşdırmaları istiqamətində sifarişçinin arzu və istəklərinə uyğun olaraq istənilən sahədə sorğular keçirərək, nəticələr əsasında xüsusi konsepsiyalar hazırlamaq da mümkündür.

Əlaqədar

Bakı parkında sorğu: əhilləşdirdiklərimizə görə cavabdehikmi?
Azərbaycan Avroparlamentin 3 üzvü barəsində İnterpola sorğu göndərib
Sorğu: Azərbaycan gəncliyi necədir
Klinton Trampı sorğuda qabaqlayır
Yerevanda ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı saxlanılıb
Teqlər:
QHT-lər, Milli Sorğu Mərkəzi, Azərbaycanın internet məkanı, Kütləvi İnformasiya Vasitələri

Əsas mövzular