11:01 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Aleksandr Lapşin Heydər Əliyev hava limanında, arxiv şəkli

Azərbaycan Prezidenti Aleksandr Lapşini əfv etdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
114201

Dövlət başçısı əfv sərəncamı imzalayıb

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bloger Aleksandr Lapşini əfv edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar verilən sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bu il iyulun Bakı 20-də Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə Lapşinə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Əlaqədar

Aleksandr Lapşinin İsrailə ekstradisiya istəyinə cavab gəldi
Lapşin müraciət etdi, Ədliyyə Nazirliyi reaksiya verdi
Lapşinin müdafiəsi məhkəmənin qərarından razıdır
Lapşin azərbaycanlılara mənəvi əzab verdiyi üçün peşmandır
Ədliyyə Nazirliyindən Aleksandr Lapşinlə bağlı açıqlama
Teqlər:
Aleksandr Lapşin, əfv, Azərbaycan Respublikası, İlham Əliyev, prezident

Əsas mövzular