CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taliban rejiminin əleyhdarı olan əfqanlar Azərbaycandan sığınacaq istəyib

© AFP 2023 / EMMANUEL DUNANDЧлены движения Талибан, Афганистан, фото из архива
Члены движения Талибан, Афганистан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya qaçqınlarının Azərbaycana axını barədə ekspertlərin proqnozları doğrulmasa da, respublikada əfqanların sayı artır

BAKI, 9 sentyabr — Sputnik. Avqust ayı ərzində Azərbaycanda 500-dən çox Əfqanıstan vətəndaşına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən qaçqın statusu verilib. Bu barədə Sputnik Azərbaycan-a BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisinin baş məsləhətçisi Elsevər Ağayev məlumat verib.

Bu şəxslər Əfqanıstandakı taliban rejimindən qaçanlardır. Avqust ayında burada 564 əfqan qeydiyyata düşüb. Daha 132 əfqan isə Azərbaycana sığınacaq üçün müraciət edib və hazırda onların işinə baxılır.

Ağayevin sözlərinə görə, son illər ölkəmizdə çeçen qaçqınlar say etibarilə birinci yerdə olsalar da, hazırda bu yeri əfqanlar tutur. Onlar Azərbaycandakı qaçqınların ümumi sayının 50%-ni təşkil edirlər.

Rusiyadan olan qaçqınların (çeçenlər) sayı 429 nəfərdir. BMT QAK 52 nəfər İran, 16 Pakistan, 14 Suriya, 3 Türkiyə və 28 digər ölkə vətəndaşına Azərbaycanda qaçqın statusu verib.

Sığınacaq üçün hazırda ölkəmizə daha 28 Rusiya, 9 İran, 10 Pakistan, 6 Suriya və 26 digər ölkə vətəndaşı müraciət edib.

Qeyd edək ki, Yaxın Şərqdə son hərbi qarşıdurmalar yaranan zaman ekspertlər Bəşər Əsəddən qaçan suriyalıların Azərbaycana sığınacaqlarını proqnozlaşdırırdılar. Hətta Türkiyə KİV-i yazırdı ki, Suriyanın Aleppo şəhərindəki etnik türklər Azərbaycana getmək istəyirlər. Münaqişənin gedişi zamanı ilk olaraq 300 suriyalı ailə Azərbaycana gəlmək istəyini bildirmişdilər. Amma proqnozlar özünü doğrultmadı və bu, Azərbaycanın yerləşdiyi coğrafiya ilə izah olundu. Üç milyondan artıq suriyalı qaçqın hazırda Türkiyə ərazisində yaşayır. Bundan başqa Türkiyədən onları Avropa ölkələrinə köçürmək üçün tranzit ərazi kimi istifadə edirlər.

Ağayev bildirib ki, maddi yardım yalnız buna ciddi ehtiyacı olan qaçqınlara verilir. Xarici qaçqınlara poliklinikalarda pulsuz tibbi yardım göstərilir. Bu kateqoriyadan olan şəxslərin uşaqları azad şəkildə Azərbaycan məktəblərində təhsil almaq hüququ qazanır. Ən nəhayət və ən başlıcası isə, onlar Azərbaycan ərazisində təhlikəsiz şəraitdə yaşaya bilirlər.

Xəbər lenti
0