08:47 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5810 0 0

Ramiz Həsənov: "Benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər daxil olur"

BAKI, 7 sentyabr — Sputnik. "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur". "APA-Economics" xəbər verir ki, bunu adıçəkilən qurumun sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, bu cür şikayətlərin sayı o qədər də çox deyil: "Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

Komitə sədri əlavə edib ki, şikayətlərin bir çoxunun kökündə texniki səhvlər durur: "Bilirsiniz ki, Azərbaycana idxal olunan benzin "Euro-4" və "Euro-5" standartlarının tələblərinə uyğundur. Təbii ki, bu cür benzin köhnə avtomobillərdə istifadə olunan zaman müəyyən problemlər yaradır".

Əlaqədar

Benzin bahalaşdı, amma əvəzində...
Rüsum 200 dəfə azaldıldı: benzin ucuzlaşacaq?
Hökumət 92 oktanlı benzinlə bağlı daha bir qərar verdi
Benzindaşıyan avtomobil yanıb
Teqlər:
benzinin keyfiyyəti, yanacaqdoldurma məntəqələri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Əsas mövzular